Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından ölkəyə yardımla bağlı sənədi gündəmdən çıxarmağı xahiş edib.
"Unikal" xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib.
"Kollektiv Təhlükəsizlik Şurasının tövsiyəsi Ermənistana yardımın verilməsi ilə bağlı qərarın yekunlaşdırılması idi. bütün digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, Ermənistan tərəfi bu sənədə heç bir maraq göstərmədi və üstəlik, işimizin yekun hissəsində onun ümumiyyətlə gündəmdən çıxarılmasını xahiş etdi", - deyə KTMT-nin baş katibi bildirib.
Xatırladaq ki, KTMT-nin 2022-ci ilin noyabrında İrəvanda keçirilən sammitində Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsini imzalamaqdan imtina edib.
Ağarza Elçinoğlu