Ermənistanın Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinin keçmiş rəhbəri, ədliyyə general-mayoru Miqran Poqosyan saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Məlumata görə,məmur dünən günorta saatlarında Tverskaya küçəsində yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Onun yanında qaçqın vəsiqəsi olub. Onun saxlanılması barədə Ermənistan polisinin mərkəzi idarəsinə məlumat verilib və yaxın vaxtlarda Miqranın Rusiya Federasiyasından ekstradisiya ediləcəyi bildirilir.
Rusiya Federasiyasında Miqran şirkətinin məhsulların topdan satışı, yükdaşıma, avtomobil icarəsi və lizinq fəaliyyəti ilə məşğul olduğu bildirilir. Ermənistanda digər məsələlərlə yanaşı, Poqosyan qanunsuz biznes nəticəsində 1,3 milyon dollar vergidən yayınmaqda ittiham olunur. Mayın 17-də Ermənistanda Ekvador meyvəsini idxal edən şirkət tərəfindən gətirilən 250 milyon avro dəyərində bir ton kokain saxlanılıb. Mallar Poqosyana məxsus banan tədarükü şirkəti üçün nəzərdə tutulub.
Gülayə Mecid