Bakı ilə İrəvan arasında qarşıdurma başa çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Belarus lideri hesab edir ki, indi gələcək haqqında, iki dövlətin həyatını necə təşkil etmək barədə düşünmək lazımdır.
O, KTMT-nin baş katibi İmanqali Tasmaqambetovla görüşündə deyib: "Postsovet məkanında problemlər bir-iki ildən çoxdur ki, yığılıb qalıb. Lakin biz buna hazırıq və ümid edirəm ki, Minskdə hərbi-siyasi təşkilat çərçivəsində keçirilən bu tədbir KTMT üzvlərinin müdafiəsi və təhlükəsizliyi üçün səylərimizin artırılmasına töhfə verəcək".
Ağarza Elçinoğlu