"Birləşmiş Ştatlar eyni vaxtda üç cəbhədə döyüşmək iqtidarında deyil".

"Unikal" xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor "Judging Freedom" "YouTube" kanalına müsahibəsində danışıb.

"Hazırda axmaq bir administrasiyamız var, mən üç müharibəyə dözə biləcəyimiz barədə danışdıqlarını eşitdim. Bütün bunlar çılğınlıqdır” - o, vurğulayıb. 

Makqreqorun fikrincə, ABŞ hakimiyyəti Rusiya, Çin və İslam dünyası ilə eyni vaxtda mübarizə aparmaq imkanında səhv edir. Polkovnik əmindir ki, Amerika iqtisadiyyatı belə bir yükə tab gətirə bilməyəcək. O, həmçinin ABŞ-də maliyyə vəziyyətinin pisləşməkdə davam etdiyini bildirib. 

Gülayə Mecid