Bakı şəhərinin Zabrat qəsəbəsində xırdavat mağazası yanıb.

"Unikal"ın məlumatına görə, yanğın Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin yaxınlığındakı mağazalardan birində naməlum səbəbdən başlayıb. Mağazada başlayan yanğın ona bitişik olan ev alqı-satqı ofisinə də keçib. Nəticədə hər iki tikili əşyaları ilə birlikdə yanıb. 

FHN əməkdaşları yanğının digər tikililərə keçməsinin qarşısını alıb.

Ağarza Elçinoğlu