İranda məşhur aktrisanın ölkədən çıxışına qadağa qoyuldu.
“Unikal" xəbər verir ki, bu barədə "Asr-e İran” məlumat yayıb. İran kinosunun məşhur aktrisası Azadə Səmədinin Tehranın "Xomeyni" hava limanında pasportu əlindən alınıb və ona ölkədən çıxmasına icazə verilməyib. Buna səbəb isə aktrisa barəsində teatr aktyorunun dəfn mərasimində hicaba riayət etməməsinə görə iş açılması olub.
O, dünən səhər Hindistanda baş tutacaq 54-cü QOA festivalına yollanmaq niyyətində idi.