İran və Ermənistan arasında Turizm və Avtomobil İdmanı Mərkəzi tərəfindən verilən beynəlxalq iki keçidli buraxılış kartından istifadə edərək turistlərin şəxsi və kommersiya nəqliyyatı ilə səyahətini asanlaşdırmaq məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
“Unikal" xəbər verir ki, sənəd bu gün, noyabrın 21-də İranın Turizm və Avtomobil İdman Mərkəzinin baş direktoru Məhəmməd Hüseyn Sufi və Ermənistanın Avtomobil İdman Klubunun prezidenti Arsen Manukyan tərəfindən iki ölkə arasında yol təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və hər iki ölkənin səyahətçiləri və vətəndaşlarına avtomobil yardımı xidmətlərinin göstərilməsi, İranla Ermənistan arasında quru nəqliyyatı sahəsində dostluq və strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi, erməni turistlərin İrana cəlb edilməsi, məsuliyyətli və təhlükəsiz səyahətin təşviq edilməsi və genişləndirilməsi məqsədi ilə imzalanıb.