"Ruhlu malikanə", "Nəhəng istedadın dözülməz ağırlığı" filmləri ilə məşhurlaşan amerikalı aktrisa Tiffani Heddiş Beverli Hillsdə həbs edilib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, aktrisa sərxoş vəziyyətdə sükan arxasında yuxuya getməkdə ittiham olunur.

Heddiş qəzə törətməsə də, polis dünən səhər saatlarında onu saxlayıb və əllərinə qandal keçirib.