Neftçalada şəhid anasının evinə hücum olub.
"Unikal" xəbər verir ki, Neftçala şəhidi Telman Kəlbiyevin 72 yaşlı anası Dilşad Kəlbiyevanın tək olduğundan xəbər tutan maskalı şəxslər evə daxil olub, ona bıçaqla hədə-qorxu gələrək evdə olan 800 AZN pulu götürərək qaçıblar.
Şəhid anası oğurlanan məbləği oğlunun ildönümü mərasimi üçün saxlayıbmış.
Qeyd edək ki, Telman Kəlbiyev Ömər aşırımı uğrunda gedən doyüşlərdə şəhid olub. Onun cənazəsi ailəsinə 26 dekabr 2020-ci ildə təhvil verilib.