"Bu gün noyabrın 28-dir, əgər həqiqətən də siyasi iradə nümayiş etdirilsə, yaxın 15 gün ərzində sülh sazişini imzalamaq mümkündür".
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Deyə bilərəm ki, biz demək olar ki, bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə zərər verməmək üçün bu barədə təfərrüatları açıqlamaq istəmirəm”, - Simonyan jurnalistlərə deyib.
O, qeyd edib ki, sülh müqaviləsi tamamilə beynəlxalq prinsiplərə əsaslanır.
Ağarza Elçinoğlu