Suveren və güclü Rusiya olmadan güclü və sabit dünya nizamı indi mümkün deyil.
"Unikal" xəbər verir ki, bunu Ümumdünya Rusiya Xalq Şurasında ölkə prezidenti Vladimir Putin deyib.
Putinin fikrincə, Rusiyanın rəqabət üstünlüyü müxtəliflikdədir: "Bizim böyük, çoxşaxəli ölkəmiz var və mədəniyyətlərin, adət-ənənələrin, adətlərin müxtəlifliyində bizim gücümüz, böyük rəqabət üstünlüyü və potensialımız var".
Rusiya lideri ölkənin niyə müharibə şəraitində olduğunu açıqlayıb: "Biz indi təkcə Rusiyanın deyil, bütün dünyanın azadlığı üçün mübarizə aparırıq. İndi bir hegemonun diktaturası köhnəlir, o, necə deyərlər, bərbad vəziyyətə düşüb və başqaları üçün sadəcə təhlükəlidir".
Ağarza Elçinoğlu