Prezident Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.

"Unikal" xəbər verir ki, mətbuata qapalı keçirilən görüşdə Qəzzada son vəziyyət, Fələstinə humanitar yardımın çatdırılması və terrorla mübarizə müzakirə edilib.

Mətbuata qapalı keçirilən görüş 2,5 saat davam edib.

19:00

Milli Təhlükəsizlik Şurası (MGK) prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanıb.

"Unikal" xəbər verir ki, Prezident Kompleksində keçirilən görüş mətbuata qapalı keçirilir.

16:34

Türkiyə Təhlükəsizlik Şurası bu gün ilin sonuncu iclasını keçirəcək.

"Unikal" xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

İclasda digər aktual məsələlərlə yanaşı, Cənubi Qafqazdakı vəziyyət, eləcə də Zəngəzur dəhlizi müzakirə olunacaq. 

Beştəpədə keçiriləcək toplantıya prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

Ağarza Elçinoğlu