Polşada 18 yaşlı məktəbli sinif yoldaşlarına bıçaqla hücum edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı üç nəfər xəsarət alıb.
"Mədəsindən yaralanan məktəbli qızlardan birinin vəziyyəti ağırdır. Digəri qolundan yarlanıb. Daha bir oğlan boyun nahiyəsindən kəsilmiş yara alıb", - KİV-lərdən biri yazıb.
Hücumdan az sonra polis gənci saxlayıb. Onun hərəkətinin motivləri müəyyənləşdirilir.