Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbitindən çıxan “Progress MS-23” kosmik yük gəmisi Sakit okeanda batıb.
"Unikal" xəbər verir ki, bu barədə Roskosmos məlumat yayıb.
"Bu gün BKS-də altı aydan artıq fəaliyyət göstərən “Progress MS-23” yük gəmisi orbitdən çıxarılaraq atmosferə daxil olub və batıb", - deyə məlumatda bildirilir.
Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutunun Missiyaya Nəzarət Mərkəzinin məlumatına görə, raketin yanmamış hissələri cənub okeanının naviqasiyası mümkün olmayan əraziyə düşüb.
Ağarza Elçinoğlu