Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyana qarşı cinayət işi çərçivəsində ittiham aktı təsdiq edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğu məlumat yayıb. İş materialları ilə birlikdə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə verilib.

Eyni zamanda, prokuror axtarışda olan Vigen Sarkisyana qarşı qiyabi məhkəmə prosesinin keçirilməsi barədə məhkəməyə vəsatət təqdim edib.