Yaxın iki ayda İranla Azərbaycan arasında “Qız Qalası” su anbarının birgə istismarına başlanacaq.
"Unikal" xəbər verir ki, İran-Azərbaycan Birgə Texniki Komissiyasının 15-ci iclasında növbəti iki ay ərzində Araz çayı üzərində Qız Qalası su anbarının birgə istifadəsinə başlanacağı açıqlanıb.
İranın su və su təsərrüfatı nazirinin müavini Məhəmməd Cavanbəxt və azərbaycanlı həmkarı, habelə digər rəsmilərin iştirakı ilə keçirilən görüşdə bu ilin iyul ayında təsdiqlənmiş Birgə Texniki Komissiyanın gördüyü işlər müzakirə edilib və qalan işlərin başa çatdırılması ilə bağlı qərarlar qəbul edilib. Su anbarı layihəsinin maliyyələşməsi və həyata keçirilməsi tərəflər arasında razılaşdırılıb.
Qeyd edək ki, 65 milyon kubmetr su tutumuna malik olan Qız Qalası su anbarl Xudafərin su anbarından 12 km aşağı və Təbrizdən 210 km şimal-şərqdə tikilib.