Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.

"Unikal" xəbər verir ki, açılış oyununda “Araz-Naxçıvan" "Səbail"i qəbul edib. “Dalğa Arena”da keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Günün ikinci matçında "Sumqayıt" "Turan Tovuz"un qonağı olacaq. Bu oyun saat 18:30-da başlayacaq.

Qeyd edək ki, turun digər matçları dekabrın 3-4-də keçiriləcək.