Gəncədə qadını maşın vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Köhnə Şəmkir avtovağzalı adlanan ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil 57 yaşlı Sədaqət Həsənovanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Tural Əhmədov