ABŞ-nin yeni təyin olunmuş səfiri Mark Libbi Bakıya gəlib.

"Unikal" xəbər verir ki, yeni səfir Azərbaycan dilində ilk açıqlamasını bildirib. 

Burada olmaqdan çox xoşbəxtəm. Etimadnamələrimi təqdim etmək, ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirəm. Mən, həmçinin, sizin gözəl ölkənizi daha yaxşı tanıaq istəyirəm. Məni səmimiyyətlə qarşıladığınız üçün təşəkkür edirəm", - deyə Libbi bildirib.