Paraqvayın şərqində kiçik təyyarənin qəzaya uğraması nəticəsində ölkə parlamentinin deputatı da daxil olmaqla 4 nəfər həlak olub.

"Unikal" TASS-a istinadən xəbər verir ki, hadisə San-Pedro departamentinin Quayaibi rayonunda baş verib.

Deputat Uolter Arms, onun qardaşı və daha 2 nəfər həlak olub.

Armsın ölümü ilə əlaqədar Konqresdə üç günlük matəm elan edilib.

İlkin məlumatlara görə, göyərtəsində 4 nəfərin olduğu təyyarə havaya qalxarkən ağaca dəyib.