Sovet İttifaqı Qəhrəmanı, rusiya Hərbi Hava Qüvvələrinin general-mayoru Aleksandr Soluyanov vəfat edib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, 69 yaşında vəfat edən generalın ölüm səbəbi bilinmir. 

Qeyd edək ki, Soluyanov Əfqanıstan və Çeçenistanda xidmət edib. O, 1984-cü il noyabrın 23-də paraşüt batalyonuna komandirlik etdiyi Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən göstərdiyi şücaət və qəhrəmanlığa görə SSRİ Qəhrəmanı adını alıb. Orada 70 hərbi əməliyyatda şəxsən iştirak edib.