Rusiya idxal olunan şərabların istehsal texnologiyasını sınaqdan keçirmək və qiymətləndirmək niyyətindədir. "Unikal" xəbər verir ki, “Rosselxoznadzor” digər ölkələrlə danışıqlar aparır. 

"Rusiyada üzümçülük və şərabçılıq haqqında" qanuna əsasən, Rusiya orqanları digər dövlətlərin ərazilərindən gətirilən məhsulların istehsal texnologiyasına nəzarət etmək hüququna malikdir. Rosselxoznadzor mütəxəssisləri audit yoxlamaları aparmaq və içki istehsalı texnologiyasını qiymətləndirmək üçün istehsal sahələrinə baş çəkməyi planlaşdırır.