Fransanın "Marsel" klubunun futbolçusu Pyer-Emerik Obameyanq XXI əsrdə Avropanın beş fərqli klubu ilə vacib oyunlarda het-trik edən ikinci oyunçu olub.
"Unikal" xəbər verir ki, qabonlu forvard buna Avropa Liqasının qrup mərhələsində Niderlandın "Ayaks" komandasına qarşı keçirilmiş V tur oyununda (4:3) üç qol vurmaqla nail olub.
O, bundan əvvəl formasını geyindiyi “Sent-Etyen” (Fransa), “Borussiya”(Dortmund, Almaniya), “Arsenal” (İngiltərə) və “Barselona” (İspaniya) klublarında da het-trik edib. Bununla da 34 yaşlı hücumçu kamerunlu Samuel Etoonun rekordunu təkrarlayıb.
Qeyd edək ki, bu göstərici üzrə dünya reytinqinə isə yeddi fərqli klubda het-trik edən braziliyalı hücumçu Vaşinqton başçılıq edir.