Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

"Unikal" xəbər verir ki, sonuncu matçda "Qarabağ" "Qəbələ"ni qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Xallarının sayını 32-yə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. "Qırmızı-qaralar" isə 11 xalla 9-cu pillədə qərarlaşıb.