Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi Nağı bəy Şeyxzamanlının gəlini, ABŞ-a köç edən ilk azərbaycanlı ailələrdən birinin övladı olan Solmaz Əlizadə vəfat edib.

"Unikal" report-a istinadən xəbər verir ki, S.Əlizadə Azərbaycanın tanıdılması, ABŞ-da yaşayan Azərbaycan icmasının birliyi, bötövlüyü və Qarabağ həqiqətlərinin ABŞ icmasına çatdırılması sahəsində əvəzolunmaz fəaliyyətlər göstərib.

O, 2022-ci ildə Prezident İlham Əliyevin təsis etdiyi "Diaspor fəaliyyətində xidmətlərə görə" medalı ilə təltif olunub.

Qeyd edək ki, S.Əlizadə ötən il müsahibəsində ailəsinin Azərbaycandan İrana, oradan isə Türkiyəyə və ABŞ-a uzanan çətinliklərlə dolu həyat hekayəsindən bəhs edib, Şuşaya səfər öncəsi öz təəssüratlarını bölüşüb. Qarabağın azadlığa qovuşduğunu görmək Solmaz xanımın ən büyük arzusu idi.