Əfsanəvi döyüşçü Konor Makqreqor 2025-ci ildə İrlandiyanın prezidentliyinə namizəd olmağı planlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabındakı paylaşım edib.
35 yaşlı döyüşçü prezidentlik yarışında mümkün rəqiblərini sadalayıb:
"Namizəd olsam, potensial rəqabət - Cerri (Adams) 78 yaş. Berti (Aherne) 75, Enda (Kenni) 74 yaş. Onların hər biri öz partiyasının siyasəti ilə qırılmaz şəkildə bağlıdır. Bu partiyalar xalqı yox, özlərini idarə edir.
Ya da 35 yaşlı mən. Oyunda gənc, aktiv, ehtiraslı, təzə xarakterəm. Mənim heç bir partiyaya qarşı qərəzliyim yoxdur", - Makqreqor sosial şəbəkələrdə yazıb.
Makqreqorun qarışıq döyüş sənətlərində 22 qələbəsi və altı məğlubiyyəti var; irlandiyalı əvvəllər yüngül və yüngül çəki dərəcələrində UFC çempionluq kəmərlərinə sahib olub. O, sonuncu döyüşünü 2021-ci ilin iyulunda keçirib, Dastin Puaryeyə texniki nokautla uduzub.