Oğuz rayonundan olan Vətən müharibəsi şəhidi Elşən Nurəliyevin atası SOCAR-ın “Azəriqaz” İB-yə müraciət ünvanlayıb.

"Unikal" xəbər verir ki, Rövşən Nurəliyev müraciətində fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib.

Qısa zaman ərzində Birlik tərəfindən şəhid ailəsinin yaşadığı fərdi yaşayış evi qazlaşdırılaraq sayğacla təmin edilib.