Şamaxıda yük  avtomobilində yanğın olub.

"Unikal" xəbər verir ki  yanğın  hadisəsi   Bakı-Qazax yolunun Şamaxı rayon ərazisindən keçən hissəsində baş verib.

Hadisə yerinə Şamaxı YMH-nin texnikaları cəlb olunub. Yanğın zamanı 1960-cı il təvəllüdlü Əliyev Camal Dilqəm oğlunua məxsus "Mersedes" markalı yük avtomobilinin mühərrik və kabininin ön hissəsi  yanıb.

Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Seymur Əli