Türkiyə Superliqası liderlərindən “Beşiktaş”ı çalışdıran və klubdan ayrıldıqdan sonra hələ ki, yeni iş yeri axtarışlarında olan Şenol Günəş Azərbaycan milli komandasının “sükanı arxasına” keçə bilər.
"Unikal" xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb. Bildirilir ki. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) artıq türkiyəli mütəxəssislə danışıqlara başlayıb.
Qeyd edək ki, 71 yaşlı məşqçi bu mövsüm “Beşiktaş”la keçirdiyi 15 matçda 10 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət əldə edib.
Xatırladaq ki, Azərbaycan yığması noyabrda baş məşqçisi Canni De Byazi ilə yollarını ayırıb.