"Amazon"un qurucusu Ceff Bezos gizli şəkildə daha dörd malikanə alıb.
"Unikal" xəbər verir ki, bu barədə “Business Insider” vergi xidmətinin məlumatlarına istinadən məlumat yayıb.
Milyarderin yeni daşınmaz əmlaklarının ümumi dəyəri 45 milyon dollardır. Bundan əlavə milyarder 300 fut sahil xətti alıb.
Evlər 2019-cu ildə alınıb və "Seattle"ın nüfuzlu Hunts Point məhəlləsində yerləşir. Əhalisi cəmi 400 nəfərdir. Bezosdan başqa, "MIcrosoft" şirkətinin keçmiş baş direktoru Stiv Balmer, Amerika univermaqlar şəbəkəsinin qurucusu Nordstromun ailəsi və məşhur Costco supermarketinin keçmiş baş direktoru Ceyms Sineqal burada mənzil alıblar.