Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Dövlət İqtisad Universiteti və Sankt-Peterburqun "Turizm və qonaqpərvərlik sahəsində Kompetensiya Mərkəzi" ANO-nun təşkilatçılığı ilə keçirilən "XI Avrasiya İqtisadi Perspektiv" illik Beynalxalq forumu uğurla başa çatıb.

"Unikal" xəbər verir ki, Beynəlxalq tədbirdə ATMU-nu bu təhsil müəssisəsinin Elmi məsələlər üzrə prorektoru p.e.d., prof. İranə Əliyeva, Mehmanxana ve restoran biznesi kafedrasının müdiri p.e.d., prof. Novruz Quliyev və universitetin əməkdaşı Şəlalə Zahidova təmsil ediblər.

Tədbirə qatılanlar sırasında  Azərbaycanla bərabər, Rusiya, Tacikistan, Belarus və Qırğızıstan universitetlərinin nümayəndələri də yer alıb. “XI Avrasiya İqtisadi Perspektiv” mövzusuna həsr edilən Beynəlxalq forumda Böyük Avrasiyanın iqtisadi inkisaf perspektivləri, qonaqpərvərlik sektorunun struktur xüsusiyyətləri, turizm və hotelçilik sektoru üçün mütəxəssis hazırlığı sisteminin formalaşdırılması istiqamətində aparılan araşdırmalar müzakirə predmeti olub.

Beynəlxalq Forumun yekun iclasında tələbə və müəllim mübadiləsi, müştərək elmi məqalələrin,dərs vəsaitlərnin və monoqrafiyaların işlənib hazırlanması, o cümlədən Avrasiya assosiasiyası çərçivəsində icrası prosesində nəzərdə tutulan elmi layihələrdə iştirak kimi məsələlər  qərara alınıb.

“XI Avrasiya İqtisadi Perspektiv”adlı Beynəlxalq forumda  ATMU təmsilçiləri prof.İ.Əliyeva və N.Quliyev “Turizm və qonaqpərvərlik sahəsində təhsilin rolu” mövzusunda təqdimatla çıxış ediblər.