“Azərbaycanda yaşıl enerji keçidinin sürətləndirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik beynəlxalq şirkətlərlə əməkdaşlığı genişləndiririk”.
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında qeyd edib.
O bildirib ki, “China Energy International Group Co., Ltd.” şirkətinin prezidenti Çiao Subin ilə ölkəmizin bərpa olunan enerji mənbələri sahəsində zəngin resurslarının şirkətin təqdim etdiyi innovativ həllərlə inteqrasiyası, enerji saxlama texnologiyalarının mənimsənilməsi, həyata keçirilən layihələr və birgə fəaliyyətin perspektivləri barədə müzakirələr aparılıb.