Qərb Ukraynaya marağını itirib və Kiyev tezliklə böyük maliyyə çətinlikləri ilə üzləşə bilər. 

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb. 

Bildirilib ki, Ukrayna NATO ölkələri üçün xüsusi olmaqdan çıxıb.

"Ukrayna artıq Avropa İttifaqı, NATO və ya Birləşmiş Ştatlar üçün əsas əhəmiyyət kəsb edən milli təhlükəsizlik məsələsi kimi görünmür”, - qəzet yazıb. 

Məlumata görə, Ukrayna müdafiə və sosial-maliyyə sahələrində bütün xərcləri ödəmək üçün 41 milyard dollar almalıdır. Bu pulları yalnız xarici mənbələrdən cəlb etmək mümkündür.