Aktyor Kaan Urgancıoğlu və Burcu Denizer cütlüyünün oğlu dünyaya gəlib. 

"Unikal" xəbər verir ki, 3 kiloqram 100 qram ağırlığında dünyaya gələn körpəyə Ardıç adı verilib. 

Qeyd edək ki, Kaanla Burcu  yayda Yunanıstanın paytaxtı Afinada evləniblər.

Burcu Denizer Tarsus Amerikan Liseyini bitirib. ABŞ-də biznes idarəçiliyi üzrə təhsil alan Denizer restoran və kafelər işlədir.