Şəkidə 27 yaşlı şəxs tüfənglə özünü öldürüb.

"Unikal" xəbır verir ki, hadisə Şəkinin Çeşməli kəndində, meşəlik ərazidə baş verib. 

Rayonun Yeni Çələbi Xan qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov tüfənglə özünə atəş açaraq intihar edib.

Məlumata görə, 27 yaşlı M.Məmmədovun psixoloji pozuntuları olub.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli