Ukraynalı aktyor Andrey Pavlenko Rusiya ordusu ilə döyüşlərdə həlak olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat yayıb. A.Pavlenkonun hansı şəraitdə öldüyü açıqlanmayıb.

Qeyd edək ki, A.Pavlenko 70-ə yaxın film və serialda, o cümlədən “Pis-yaxşı polis”, “Taleyin ipləri”, “Qadın həkimi”, “Evə gedən yol” kimi ekran əsərlərində rol alıb.