ABŞ qoşunları İsrailin Livanla sərhədinin İsrail tərəfinə yerləşdiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə “Əl-Hədas” telekanalı məlumat yayıb.

"Birləşmiş Ştatlar İsrailin Livanın cənubunda heç bir əməliyyat keçirməyəcəyinə və Amerika qoşunlarının İsrail tərəfinə yerləşdiriləcəyinə zəmanət verir", - deyə telekanal bildirib.

Kanalın mənbəsinin sözlərinə görə, yəhudi dövləti Amerika ordusunun onların sərhədlərində, Fransanın isə Livan sərhədində vəziyyətə nəzarət etməsini istəyir. İsrailin digər tələbi Livanın cənubundakı bütün silahların Livan ordusuna verilməsidir.

Mənbələr Livanın şiə Hizbullah hərəkatı ilə İsrail arasında sərhəd məsələlərində razılaşmanın “qaçılmaz” olduğunu bildirib.

İsrail Müdafiə Qüvvələri dekabrın 11-də Livanın İsrail ərazisinə raket atdığını bildirib. İDF iddia edir ki, hava hücumundan müdafiə sistemləri 6 raketi uğurla ələ keçirib. Daha sonra Müdafiə Ordusunun artilleriyası atəş açılan bölgələrə zərbələr endirməyə başlayıb.