"Yeşilçam"ın usta adlarından Yılmaz Atadeniz vəfat edib.
"Unikal" xəbər verir ki, rejissor 91 yaşında dünyasını dəyişib. Atadeniz 1 həftə əvvəl xəstəxanaya yerləşdirilib və həkimlər ona koronavirus diaqnozu qoyub. O, ağciyərlərində infeksiya yarandığı üçün reanimasiyaya köçürülmüşdü.
Qeyd edək ki, Atadeniz "Ölmek var dönmek yok", "Kobra", "Cehenneme dolmuş var", "Babamı arıyorum", "Gülom", "Acılar", "Yalvarış" filmlərinin ssenaristi olub. "Akşam güneşi", "Aşk ve barış", "Deli balta", "Polis", "Solan gül" kimi ekran işlərinin isə rejissor kürsüsündə əyləşib.