Azərbaycanın Xalq artisti Ramiz Məlik dəfn olunub.

"Unikal" xəbər verir ki, Xalq artisti ll Fəxri Xiyabanda torpağa tapşırılıb.

***

13:06

Azərbaycanın Xalq artisti Ramiz Məlik ilə vida mərasimi keçirilir.

"Unikal" xəbər verir ki, Bakıdakı Heydər məscidində keçirilən mərasimdə mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra mərhumun nəşi ll Fəxri Xiyabana aparılacaq və orada torpağa tapşırılacaq.

*** 10:40

Xalq artisti Ramiz Məliklə vida mərasimi bu gün saat 13:00-da Heydər Məscidində baş tutacaq.

"Unikal" xəbər verir ki, Xalq artisti  2-ci Fəxri Xiyabanda dəfn olunacaq.

***

08:49

Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli Ramiz Məlik dünyasını dəyişib.  

"Unikal" xəbər verir ki, o bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Ramiz Məlik uzun müddət idi ki, onkoloji xəstəlikdən müalicə olunurdu.

FOTO: Ayxan Məlikov