“Nə müsəlman, nə də xristianam. Müsəlman ailədə doğulub böyümüşəm. Ətrafımda da ibadət edən adamları görürəm. Analyıram ki, heç bir dinə aid deyiləm”.
"Unikal" xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində müğənni Murad Arif deyib.
O, “YouTube” da yayımlanan “Popumuz var” layihəsinə dəvət etdiyi qonaqları necə seçməsi barədə də danışıb:
“Elə qonaqlar olub ki, yazılan rəylərin əsasında çağırmışam. Elələri də var ki, özümə maraqlıdır deyə. Meyxanaçı qonağım isə olmayıb. Sağlığında Vüqar Biləcərini dəvət etmək istəyirdim. Başqa birini çağırmalı oldum. Bu məsələni ertələdim və Vüqar dünyasını dəyişdi”.
Müğənni verilişin aparıcısı Kamran Ağabalayevin “Demokratiya, diktatura, yoxsa heç biri” sualına cavab verərkən deyib:
“Mədəni və intellektual səviyyəsini yetişdirmədiyin cəmiyyət üçün demokratiya təhlükəlidir. Bəziləri kökə ilə, bəziləri şallaqla anlayır”.