Braziliyalı sənətçi Pedro Henrike səhnədə infarkt keçirib.
"Unikal" xəbər verir ki, ölkənin Feira de Santana şəhərində dini tədbirdə səhnədə çıxış edən 30 yaşlı Pedro infarkt keçirərək dünyasını dəyişib.
Belə ki, P. Henrike mahnı oxuyarkən müvazinətini itirərək kürəyi üstə yıxılıb. Müğənninin yerə yıxıldığı anlar kameraya düşüb.
Qeyd edək ki, P. Henrike evli olub, onun bu izdivacdan 1 aylıq qızı var.