“Azərbaycan Hava Yolları” aviaşirkətinin təxirə salınan reyslərinin sərnişinləri Naxçıvana çatdırılıb.

"Unikal" xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, sərnişinlər aktual məlumatları aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifələri, [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54.

Xatırladaq ki, Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikirdi.