Tanınmış müğənni Mabel Matiz 2019-cu ildə aldığı “Altın Kelebek” mükafatını satışa çıxarıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, satış saytlarından birinə yerləşdirən elan “Yalnız bir dəfə alınıb, alındığı gündən qutudadır” şərhi ilə paylaşılıb. Mükafat 5 TL (0,29 AZN) dəyərində satılır.
Xatırladaq ki, M. Matizin 4 il öncə aldığı “Ən yaxşı kişi müğənni” mükafatını bu il təşkil edilən “Altın Kelebek”də həmkarı Edis qazanıb.