"Daşıyıcıların avtobus parkının yeniləməsi üçün iş aparılır. Sərnişinlərə daha keyfiyyətli xidmət göstərmək üçün yeni avtobusların gətirilməsi nəzərdə tutulur".

"Unikal" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

R.Hümmbətov qeyd edib ki, bu il Bakı-Sumqayıt yolunda avtobus zolağı təşkil edilib.

“Bu isə həmin istiqamətdə 1800-dən çox avtobusun rahat hərəkət etməsinə, sərnişinlərin isə yollarda 20 dəqiqədən çox vaxt itirməsinin qarşısını alıb. Hazırda Bakı şəhərində avtobus zolaqlarının sayının artırılmasına ehtiyac var”.