Fransadə keçirilən gözəllik yarışmasının qalibi Eva Gilles adlı model olub.

"Unikal" xəbər verir ki, ölkədə müsabiqənin 103 illik tarixində ilk dəfə qısa saçlı namizədin qalib gəlməsinə çoxlu reaksiyalar gəlib. 

Belə ki, bir çox istifadəçi "X" hesabında "O, sadəcə saçlarının qısa və fərqli olduğu üçün seçildi" kimi şərhlər ediblər. Həttaonu tənqid edənlər də olub. 

Gilles reaksiyalarla yanaşı gözəlliyi ilə də bəzilərini valeh edib. Modelin üslubunu bəyənən istifadəçilər "Onun saçları özünəməxsus dərəcədə gözəldir" deyib. Fransız siyasətçi Sandrinne Rousseau da Gillesi müdafiə edərək, "2023-cü ildə Fransada qadınlara olan hörməti saçlarının uzunluğu ilə ölçürükmü?" deyərək, münasibət bildirib.