Azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin də rol aldığı "Şahane hayatım" serialında dəyişiklik olacaq.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin ssenaristi dəyişəcək. Layihədə Meriç Aceminin yerinə Yılmaz Şahin gələcək.
Qeyd edək ki, serialın baş rollarını Onur Tuna ilə Hilal Altınbilek canlandırır.