Dünyaca məşhur aktyor Tom Kruz yeni sevgilisi Elsina Xairovaya görə Londonda lüks restoranı bağlatdırıb.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  61 yaşlı aktyor sevgilisini heyran etmək üçün "Novikov"un bütün mərtəbəsini icarəyə götürüb.

Məlumata görə, Tom təkcə şam yeməyinə görə 600 dollardan çox pul xərcləyib və ofsiantlara 100 dollardan çox bəxşiş verib. 

Qeyd edək ki, keçmiş model olan 36 yaşlı Elsina rusiyalı deputatın qızıdır.