İspan jurnalist Rut Basa fransız aktyor Jerar Depardyeni 1995-ci ildə baş verdiyi iddia edilən cinsi təcavüzdə ittiham edib.
"Unikal" xəbər verir ki, bu barədə “La Vanguardia” qəzeti məlumat yayıb.
Jurnalist İspaniya polisi ilə əlaqə saxlayıb və 30 il əvvəl fransız aktyorun zorakılığının qurbanı olduğunu bildirib. Onun sözlərinə görə, Parisdə aktyordan müsahibə alanda cinayəti törədən zaman onun 23 yaşı olub.
Bu, bu il aktyorla bağlı ilk qalmaqal deyil. Depardye qadınlara qarşı təhqiramiz ifadələr işlətdiyi üçün artıq Fransanın ən yüksək mükafatı olan "Fəxri Legion" ordenindən məhrum edilib.
Buna səbəb KXDR-ə səfərlə bağlı epizodu özündə əks etdirən sənədli film olub. Koreyada aktyor qadınlara və azyaşlı qıza qarşı təhqiramiz ifadələrə yol verib.