Amerikalı məşhur aktyor Ceyms Makkefri vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 66 yaşlı sənətçi çoxsaylı mielomadan dünyasını dəyişib.

Qeyd edək ki, Ceyms karyerasına "Böyük şəhərdə seks" və "Qanun və qayda: Xüsusi korpus" kimi məşhur layihələrdən başlayıb. Onun səsi "Max Payne", "Alan Wake", "Kontrol", "Alone in the dark" oyunlarının personajları üçün də istifadə olunub.