Moda redaktorları 2024-cü ildə aktuallıq qazanacaq ən mübahisəli tendensiyaları sadalayıblar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, modelyerlərin fikrincə, gələn il tenniskor stili (tennis forması trendi) populyarlaşacaq və polo köynəklər mübahisələrə səbəb olacaq.
Məlumata görə, 2024-cü ildə qısa kapri şalvarlar da moda olacaq. "Calvin Klein" və "Ralph Lauren" brendlərinin dizaynerləri bildiriblər ki, 2024-cü ilin yaz-yay kolleksiyaları keçmişdə dəbdə olan geyimlərə üstünlük verəcək.